Azərbaycan millisi itki ilə üzləşdi

Azərbaycan millisi itki ilə üzləşdi
Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib. "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namik Ələskərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar. Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb. Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə