Niderlandın Alsmer şəhərində batut gimnastikası üzrə "Flower Cup" beynəlxalq turniri başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, turnirdə ölkəmizi fərdi proqramda kişi batutçular Oleq Piunov, İlya Qrişunin, qadın idmançılar Svetlana Makştaryova və Veronika Zemlyanaya təmsil ediblər. Final mərhələsinədək yüksəlməyi bacaran Svetlana Makştaryova hakimlərdən 52.505 xal alaraq turnirin qızıl medalına sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB