Xorvatiyalı idmançı: Bakıdakı Dünya Kubokunda yaradılmış şərait idealdır

Xorvatiyalı idmançı: Bakıdakı Dünya Kubokunda yaradılmış şərait idealdır

Bakıda keçirilən Dünya Kubokunda idmançılar üçün ideal şərait yaradılıb. Bunu jurnalistlərə Olimpiya oyunları mükafatçısı, Xorvatiyanı yarışlarda təmsil edən gimnast Filip Ude deyib. Xorvatiyalı idmançı bildirib: "Bəzi səhvlər olsa da, düşünürəm ki, mən bu gün yaxşı çıxış etdim. Dəstəli at üzərində hərəkətlərdə mənim əsas rəqibim Macarıstan idmançısı Kristian Berkidir".

Olimpiya mükafatçısının sözlərinə görə, Bakıda keçirilən Dünya Kubokunda ən güclü gimnastlar dəstəli at üzərində hərəkətlərdə iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə