Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" öz meydanında "Olimpiakos"u qəbul edib. Matça erkən qollarla başlayan "Qara qartal" ilk hissənin sonunda azlıqda qalsa da, yekunda böyükhesablı qələbə qazanmaqla mərhələ adlayıb.
Turnirin favoritlərindən olan "Mançester Yunayted" "Rostov"u sınağa çəkib. İkinci hissədə vurulan yeganə qol "Qırmızı şeytanları" növbəti mərhələyə daşıyıb.
"Rostov"dan fərqli olaraq, Rusiyanın turnirdəki digər təmsilçisi "Krasnodar"ın mərhələ adlamaq şansı heç də az deyildi. İlk matçda səfərdə "Selta"ya 1:2 hesabı ilə yenilən "Krasnodar" qol buraxmadan qələbə qazanmaqla, adını 1/4 finala yazdıra bilərdi. Amma meydan sahibləri qapısında 2 cavabsız qol gördüyündən turnirlə vidalaşıb.
Maraqlı oyunlardan biri Romada keçirilib. İtaliyanın eyni adlı təmsilçisi "Lion"la üz-üzə gəlib. "Roma" qələbə qazansa da, iki oyunun nəticəsinə görə fransızlar 1/4 finala yüksəlib.
Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart
"Ajaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka) 2:0
Qollar: Traore, 23, Dolberq, 45+2
İlk oyun - 1:2
"Anderlext" (Belçika) - APOEL (Kipr) 1:0
Qol: Acheampong, 65
İlk oyun - 1:0
"Roma" (İtaliya) - "Lion" (Fransa) 2:1
Qollar: Diakhabi, 16 (0:1), Strootman, 18 (1:1), Tousart, 60-avtoqol (2:1)
İlk oyun - 2:4
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Şalke" (Almaniya) 2:2
Qollar: Kristensen, 26 (1:0), Dahoud, 45+2 (2:0), Qoretzka, 54 (2:1), Bentaleb, 68 (2:2)
İlk oyun - 1:1
"Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya) 1:0
Qol: Mata, 71
İlk oyun - 1:1
"Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 4:1
Qollar: Abubakar, 10 (1:0), Babel, 22 (2:0), Elyounuossi, 31 (2:1), Babel, 75 (3:1), Cenk Tosun, 84 (4:1)
Qırmızı vərəqə: Abubakar. 39 ("Beşiktaş")
İlk oyun - 1:1
"Genk" (Belçika) - "Gent" (Belçika) - 1:1
Qollar: Kastagne, 20 (1:0), Verstraete, 84 (1:1)
İlk oyun - 5:2
"Krasnodar" (Rusiya) - "Selta" (İspaniya) - 0:2
Qollar: Mallo, 52, Aspas, 80
İlk oyun - 1:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB