Zlatan İbrahimoviçin karyerasını yenidən İtaliyada davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Xarici KİV-lərin yaydığı xəbərə görə, isveçli forvardın adı "Napoli" ilə yanaşı hallanır. İbrahimoviç yayılan xəbərlərə belə münasibət bildirib: "Napoli"yə keçid? Gələcəkdə nə olacağını heç vaxt əvvəldən bilmirik. Hazırda özümü "Mançester Yunayted"də yaxşı hiss edirəm. Ancaq qarşıda nələrin olacağını zaman göstərəcək".
Qeyd edək ki, İbrahimoviçin "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB