Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.
SİA xəbər verir ki, sonuncu yarış günündə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 198 pəhləvan mübarizə aparır.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB