Buffon: “1/4 finalda “Lester”lə qarşılaşmaq istəməzdim"

Buffon: “1/4 finalda “Lester”lə qarşılaşmaq istəməzdim"

"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/4 finalında qarşılaşmaq istəmədiyi komandanın adını açıqlayıb. SİA-nın məlumatına görə, təcrübəli qolkiper növbəti mərhələdə İngiltərə çempionu "Lester"lə qarşılaşmaq istəmədiyini bildirib: "1/4 finalda "Lester"lə qarşılaşmaq istəməzdim. "Lester" təhlükəli komandadır, istənilən rəqibə başağrısı ola bilər. Biz "Lester"ə uduza bilərik".

Qeyd edək ki, "Yuventus" və "Lester"lə yanaşı, "Barselona", "Real", Dortmund "Borussiya"sı və "Bavariya" 1/4 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə