Bu gün axşam futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" öz meydanında "Olimpiakos"u qəbul edəcək. İlk matçda səfərdə 1:1-lik bərabərliyə nail olan İstanbul klubuna mərhələ adlamaq üçün qolsuz bərabərlik də kifayət edir.
Turnirin favoritlərindən olan "Mançester Yunayted" "Rostov"u sınağa çəkəcək. Bu komandaların da ilk görüşündə 1:1-lik heç-heçə qeydə alınıb. "Rostov"un "Old Trafford"da sürprizə imza atması real görünmür.
"Rostov"dan fərqli olaraq, Rusiyanın turnirdəki digər təmsilçisi "Krasnodar"ın mərhələ adlamaq şansı heç də az deyil. İlk matçda səfərdə "Selta"ya 1:2 hesabı ilə yenilən "Krasnodar" qol buraxmadan qələbə qazanmaqla, adını 1/4 finala yazdıra bilər.
Maraqlı oyunlardan biri Romada keçiriləcək. İtaliyanın eyni adlı təmsilçisi "Lion"la üz-üzə gələcək. İlk matçda 2:4 hesabı ilə uduzan "Roma"nın bu məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı böyük maraq doğurur.
Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart
22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
22:00. "Genk" (Belçika) - "Gent" (Belçika)
İlk oyun - 5:2
22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya)
İlk oyun - 1:2
00:05. "Ajaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2
00:05. "Anderlext" (Belçika) - APOEL (Kipr)
İlk oyun - 1:0
00:05. "Roma" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 2:4
00:05. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Şalke" (Almaniya)
İlk oyun - 1:1
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya)
İlk oyun - 1:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB