Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Qol.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.
"Monako" Fransada "Mançester Siti"ni qəbul edib. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "şəhərlilər" səfərdə bu üstünlüyünü qorumağa çalışıb. Lakin inamlı oyunu ilə seçilən "Monako" 3:1 hesablı qələbə qazanıb. Ümumi nəticə 5:5 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb. Digər görüşdə isə "Atletiko" "Bayer Leverkuzen"i qəbul edib. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır.
Əlavə edək ki, növbəti mərhələnin püşkü martın 17-də atılacaq.
15 mart
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
"Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə) 3:1
Qollar: Mbappe, 8 (1:0), Fabinyo, 29 (2:0), Sane, 71 (2:1), Bakayoko, 77 (3:1)
İlk oyun - 3:5
"Atletiko" (İspaniya) - "Bayer Leverkuzen" (Almaniya) 0:0
İlk oyun - 4:2
7 mart
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:5
İlk oyun - 1:5
"Napoli" (İtaliya) - "Real" (İspaniya) - 1:3
İlk oyun - 1:3
8 mart
"Barselona" (İspaniya) - PSJ (Fransa) 6:1
İlk oyun - 0:4
"Borussiya" (Dortmund, Almaniya) - "Benfika" (Portuqaliya) 4:0
İlk oyun - 0:1
14 mart
"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:0
İlk oyun - 2:0
"Lester" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:0
İlk oyun - 1:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB