Ronaldinyo və "Qəbələ" arasında müqavilə imzalandı

Ronaldinyo və "Qəbələ" arasında müqavilə imzalandı

Məşhur braziliyalı futbolçu Ronaldinyo "Qəbələ" ilə müqavilə imzalayıb. SİA-nın məlumatına görə, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun da iştirak etdiyi imzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində keçirilib. Tərəflər iki illik sözləşməyə imza atıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu müqaviləyə əsasən Bakıda futbol akademiyası açacaq. O, bununla bağlı ötən il paytaxtımıza səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə