Rizvan Rəsulov: “13 şəhər və rayonda ağır atletika üzrə mərkəz mövcuddur” AÇIQLAMA
"Hazırda Azərbaycanın 13 şəhər və rayonunda ağır atletika idman növünün inkişafı üçün mərkəz mövcuddur. Ötən ildən bu idman növü üzrə infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov deyib.
O qeyd edib ki, regionlarla yanaşı paytaxtda da bir çox ağır atletika zalları təmir olunub: " Bizim kifayət qədər bazalarımız var. Sadəcə hazırda nların tam təminatı, köhnə bazaların təmiri ilə məşğuluq. Ramanıda olan ağır atletika zalının təmiri başa çatdırılıb. Suraxanıda yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 2 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin ağır atletika zalı da tam təmir olunub. Atletlərimizin strateji məşq yeri sayılan "Ordu" İdman Klubunun zalında isə təmir işləri başa çatmaq üzrədir. Sumqayıtdakı ağır atletika zalının daha da genişləndirilməsi, mərkəz statuslu baza yaradılması işlərinə hazırlaşırıq. Şüvəlandakı ağır atletika akademiyası da yüksək səviyyədədir. AAAF Parkda yerləşən 2 böyük təlim-məşq bazasının isə Qafqazda analoqu yoxdur".
Baş katib ağır atletika sahəsində infrastrukturun daha da inkişafı istiqamətində federasiya ilə Gənclər və İdman Nazirliyinin yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB