Yığmamızın üzvünün komandası məğlub olub

Yığmamızın üzvünün komandası məğlub olub

Almaniya üçüncü Bundesliqasında 27-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Holştayn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Xeyli müddət idi oynamayan Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Qeyd edək ki, "Duysburq" 27 turdan sonra 47 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə