Bu gün ÇL-də 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gün ÇL-də 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, keçiriləcək iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olacaq.

"Monako" Fransada "Mançester Siti"ni qəbul edəcək. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "şəhərlilər" səfərdə bu üstünlüyünü qorumağa çalışacaq. Fransızlar isə mərhələ keçmək üçün səfərdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmalıdır.

Digər görüşdə isə "Atletiko" "Bayer Leverkuzen"i qəbul edəcək. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu cütün favoriti hesab edilir.

Qeyd edək ki, 1/4 final mərhələsinin 6 iştirakçısı bəllidir. Bunlar "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır.

15 mart

Çempionlar Liqası


1/8 final mərhələsi, cavab oyunları

23:45. "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)
İlk oyun
- 3:5

23:45. "Atletiko" (İspaniya) - "Bayer Leverkuzen" (Almaniya)
İlk oyun
- 4:2



7 mart

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:5
İlk oyun
- 1:5

"Napoli" (İtaliya) - "Real" (İspaniya) - 1:3
İlk oyun
- 1:3


8 mart

"Barselona" (İspaniya) -
PSJ (Fransa) 6:1
İlk oyun
- 0:4

"Borussiya" (Dortmund, Almaniya) - "Benfika" (Portuqaliya) 4:0
İlk oyun
- 0:1

14 mart

23:45. "Yuventus" (İtaliya) -
"Portu" (Portuqaliya) - 1:0
İlk oyun - 2:0

23:45. "Lester" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:0
İlk oyun - 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə