Neftçi"nin futbolçusu: "Ölkə kubokunu qazanmağı hədəfləyirik"

Neftçi"nin futbolçusu: "Ölkə kubokunu qazanmağı hədəfləyirik"

Neftçi"nin futbolçusu Namiq Ələsgərov dünən Topaz Premyer Liqanın 22-ci turunda "Qəbələ" ilə oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Meydanda yaxşı mübarizə apardıq. Sevinirik ki, qalib gəldik.

- "Neftçi" "Qəbələ"dən daha istəkli görünürdü.

- Biz bu gün "Neftçi"nin adı üçün də oynayırdıq. İstəyirdik ki, 8:0 hesablı məğlubiyyəti unudaq.

- Komandanın qələbə qolunu sən vurdun.

- Öncədən də bir neçə qol epizodu olmuşdu, amma yararlana bilməmişdim. Qol vurduğum üçün sevincliyəm.

- Bu mövsüm qalan matçlara hansı motivasiya ilə çıxacaqsınız? 4-cü pillədən çox uzaqsınız.

- Deməzdim ki, şanslarımız bitib. Dördüncü yerdə qərarlaşan "Zirə" ilə aramızda 6 xal fərq var. Həm 4-cü pillə uğrunda mübarizə aparacağıq, həm də ölkə kubokunu qazanmağı hədəfləyirik.

- Lideri məğlub etdiniz və "Qarabağ" ilk pilləyə yüksəldi. Keçmiş komandanın çempionluq şansını necə dəyərləndirirsən?

- Bu sual mənə aid deyil. Amma yəqin ki, "Qarabağ" ilk pillədə yerini qoruyacaq, bu şansı əldən qaçırmaz.

- Bu oyunu qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi ən baxımlı oyun hesab etmək olarmı?

- "İnter" və "Sumqayıt"la matçlarda da yaxşı oynamışdıq. Bu da həmin matçlardan biri idi.

- "Neftçi"də sanki sabitlik çatışmır.

- Komandamız yeni yığılıb, futbolçularımız yenidir. Məncə, əsas səbəb budur.

- Oyunun gedişində "Qəbələ" futbolçuları ilə tez-tez söhbət edirdin. Nə danışırdınız?

- Nəsə söhbət edirdilər. Rusca danışırdılar. Mən də zarafatca dedim ki, eşitdim sizin söhbətinizi(gülür).

- Növbəti turda "İnter"lə doğma meydanda qarşılaşacaqsınız. Bu uğurun davamı gələ bilərmi?

- Biz də istəyirik ki, bu qələbənin ardı gəlsin. 4-cü yer şansımzı itirmək istəmirik.

Bütün xəbərlər Facebook səhifəmizdə