Hacı Əliyev yeniyetmə idmançılara master-klass təlimi verib

Hacı Əliyev yeniyetmə idmançılara master-klass təlimi verib

Olimpiya Güləş Mərkəzində Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat Dünya çempionu Hacı Əliyev "Domestic Grassroots" proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə master-klass təlimi verib. SİA-nın məlumatına görə, master-klass "Domestic Grassroots" proqramının əsas layihələrindən biridir. Master-klasslar idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.

Master-klass zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirin praktik məsləhətlərindən yararlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə