"Çelsi" yarımfinala vəsiqə qazanıb

"Çelsi" yarımfinala vəsiqə qazanıb

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, ötən gün keçirilən bir oyunla yarımfinalın bütün iştirakçıları məlum olub. Öz meydanında "Mançester Yunayted"i qəbul edən "Çelsi" 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Beləliklə, yarımfinalda, "Çelsi", "Tottenhem", "Arsenal" və "Mançester Siti" mübarizə aparacaq.

"Çelsi" – "Mançester Yunayted" 1:0.
Qol:
Kante, 51

Bütün xəbərlər Facebook səhifəmizdə