Martın 13-də Topaz Premyer Liqasının (TPL) XXII turu çərçivəsində günün ikinci oyununda paytaxt təmsilçisi "İnter" öz meydanında "Sumqayıt"ı qəbul edib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 40-cı dəqiqəsində Nizami Hacıyev "İnter"i hesabda irəli çıxarıb – 1:0.
Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və matç "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyundan sonra aktivində 25 xal olan "Sumqayıt" klubu beşinci pillədədir. "İnter" isə 39 xalla üçüncü yerdəki mövqeyini möhkəmləndirib.
TPL-nin XXII turuna martın 14-də "Qarabağ"–"AZAL" və maraqla gözlənilən "Neftçi"–"Qəbələ" matçlarından sonra yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB