“Çelsi” fransız futbolçuya görə 60 milyon avro təklif edir

“Çelsi” fransız futbolçuya görə 60 milyon avro təklif edir

"Bavariya"da icarə əsasında çıxış edən, "Yuventus"un futbolçusu Kinqsli Koman karyerasını komandasını dəyişə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirmək şansı əldə edib. Belə ki, Komanla "Çelsi" yaxından maraqlanır. "Zadəganlar" 20 yaşlı futbolçunu transfer etməkdə israrlıdılar. Onlar bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdılar. "Yuventus" rəhbərliyi bu təklifə hələ ki, cavab verməyib. Bununla belə, Komanın Londona köçmək ehtimalı yüksək dəyərləndirilir.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Koman 2015-ci ildən Fransa yığmasının da şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə