Topaz Premyer Liqasının 22-ci turunda bu gün "Sumqayıt"la qarşılaşacaq "İnter" oyuna itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, millimizin düşərgəsində zədə alan komandanın qapıçısı Səlahət Ağayev bu oyunu buraxmalı olacaq.
Müdafiəçi Slavik Alxasov da zədə səbəbindən sabiq komandasına qarşı oynamayacaq. Bundan başqa, qripə yoluxan müdafiəçi Abbas Hüseynovun da bugünkü qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB