Azərbaycan idmançıları Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında mübarizə aparırlar
Martın 13-də Avstriyanın Qraz şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları başlayıb. SİA-nın məlumatına görə, mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 16 idmançıdan ibarət florbol üzrə yığma komandası da iştirak edir.
Yığma komandamızın tərkibi Bakı şəhəri Xəzər rayonu 4, 12 saylı xüsusi internat və Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəblərinin idmançılarından ibarətdir.
Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına martın 25-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB