Eddi İsrafilovun komandası qalib gəlib

Eddi İsrafilovun komandası qalib gəlib

İspaniya ikinci Liqasında 29-cu turun oyunları keçirilir. SİA-nın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadis" doğma meydanda "Rayo Vallekano"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 47-ə çatdıran "Kadis" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə