Futbol üzrə İspaniya La Liqasında 27-ci turun daha bir oyunu keçirilib. Qol.az xəbər verir ki, öz meydanında "Betis"i qəbul edən "Real" əzmkar qələbə qazanıb. 25-ci dəqiqədə Navasın avtoqolu ilə məyus olan "Kral klubu", Ronaldo və Ramosun qolları ilə meydandan 3 xalla ayrılıb.
İspaniya La Liqası
27-ci tur
12 mart
"Real" - "Betis" 2:1
Qollar: Navas, 25-avtoqol (0:1), Ronaldo, 40 (1:1), Ramos, 81 (2:1)
Bu qələbə sayəsində "Real" yenidən turnir cədvəlində zirvəyə yüksəlib. Aktivində 62 xalı olan "Kral klubu" "Barselona"nı 2 xal qabaqlayır. Madridlilər rəqibindən 1 oyun az keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB