Azərbaycan Premyer Liqasının XXII turunda "Qəbələ" "Neftçi" ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, iki komanda bu oyuna qədər çempionatda 35 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmalardan 14-də "Neftçi" qələbə qazanıbsa, 13 matçda "Qəbələ" qələbəyə sevinib. Daha 8 görüşdə isə qalib müəyyənləşməyib. Tərəflər arasındakı top fərqində də ciddi fərq yoxdu. Paytaxt klubu 44, "qırmızı-qaralar" isə 45 qol vurub.
Əyalət təmsilçisi ardıcıl 3 oyunda 3 xalı bayram edib. "Neftçi" isə son 5 oyunda qələbəyə həsrətdi. Maraqlıdır ki, bakılılar "Qəbələ"yə qarşı öz meydanlarında keçirdiyi son 6 görüşdə qalib gələ, son 4 oyunda isə xal qazana bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB