“Barselona” Əmrə Çolakın komandasına uduzdu

“Barselona” Əmrə Çolakın komandasına uduzdu

"Barselona" futbol klubu, çempionluq yolunda ciddi zərbə alıb. Məsələ burasındadır ki, dünən La Korunyada turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Deportivo"nun qonağı olan Luis Enrikenin komandası 1:2 hesabı ilə uduzub. La Liqada qalmaq uğrunda yarışan "Deportivo" isə (27 xal) bu qələbə sayəsində 15-ci pilləyə yüksəlib.

"Deportivo" – "Barselona" – 2:1
Qollar: Joselu, 40 (1:0), Luis Suares, 46 (1:1), Alexandro Berqantinos, 74 (2:1)

27 oyundan sonra "Barselona" 60 xalla liderdir. Lakin ondan cəmi 1 xal geri qalan – 59 xala malik "Real" Kataloniya klubundan 2 oyun az keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə