Ronaldo əkiz oğul atası olacaq

Ronaldo əkiz oğul atası olacaq

"Real"ın hücumçusu Kriştiano Ronaldo ikinci dəfə ata olacaq. "Sun" qəzetinin yaydığı xəbərə görə, portuqaliyalı ABŞ-da yaşayan surroqat-anadan iki oğul əkiz uşağının doğulmasını gözləyir. Adı açıqlanmayan qadının hamiləliyinin son aylarını yaşadığı bildirilir. Uşaqlar doğulduqdan sonra Ronaldo onları ABŞ-dan Madriddəki evinə gətirəcək. Xatırladaq ki, Ronaldonun ilk oğlu olan kiçik Kriştianonu da 2010-cu ildə dünyaya surroqat-ana gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə