"Arsenal"la müqaviləmin müddətini uzatmaqla bağlı danışıqlarımız olub. Amma hazırda həm mən, həm də klub rəhbərliyi bu mövsümün gedişatını düşünürük". "Bild" nəşrinin yazdığına görə, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil deyib. Almaniya millisinin türk əsilli futbolçusu bildirib ki, özünü London klubunda xoşbəxt hiss edir: "Arsen Venger mənim "Arsenal"a keçməyimin əsas səbəbkarlarındandır. Amma burada gələcək karyeramın məhz ondan asılı olduğunu söyləmək doğru olmaz".
Xatırladaq ki, Özilin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB