“Mançester Siti” və “Arsenal” yarımfinalda

“Mançester Siti” və “Arsenal” yarımfinalda

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, "Mançester Siti" "Midlsbro"yla qarşılaşıb. David Silva və Serxio Aqueronun qollarıyla 2:0 hesabıyla qalib gələn "şəhərlilər" yarımfinala vəsiqə qazanıblar. Mərhələnin digər oyununda "Arsenal" İngiltərədə 5-ci dərəcəli divizion sayılan milli liqa təmsilçisi "Linkoln"la üz-üzə gəlib. "Topçular" aşağı liqa təmsilçisinə rəhm etməyib - 5:0. 1/4 finalın digər oyunlarında "Tottenhem" "Milluol"la, "Çelsi" isə "Mançester Yunayted"lə qarşılaşacaq.

İngiltərə kuboku

1/4 final

11 mart

"Midlsbro" – "Mançester Siti" – 0:2

Qollar: David Silva, 3. Serxio Aquero, 68.

"Arsenal" – "Linkoln" – 5:0

Qollar: Uolkott, 45+1, Jiru, 53, Vaterfol, 58 (öz qapısına), Aleksis Sançes, 73. Remsi, 75.

Bütün xəbərlər Facebook səhifəmizdə