Amit Quluzadənin komandası səfərdə uduzdu

Amit Quluzadənin komandası səfərdə uduzdu

Yunanıstan Super Liqasında 24-cü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə "Panionis"lə qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib. Amit oyunu ehtiyat oyunçular skamyasından izləyib. Qeyd edək ki, hazırda hesabında 21 xal olan Larisa təmsilçisi 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə