"Barselona" - PSJ oyunu ilə bağlı zarafata görə adam öldürdü

"Barselona" - PSJ oyunu ilə bağlı zarafata görə adam öldürdü

Futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında PSJ-nin "Barselona"ya (İspaniya) məğlubiyyəti (1:6) ölümə səbəb olub. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib. Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb.

O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə