Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magistr ixtisasları - İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə qəbul elan edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədrisi ingilis dilində olan bu ixtisaslara qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistr imtahanın yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər. Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər.
Xatırladaq ki, İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB