Azərbaycan Premyer Liqasında 4-cü dövrənin ilk matçında Gəncədə "Zirə"ni qəbul edəcək "Kəpəz" qarşıdakı oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komanda Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir. "Sarı-göylər"in 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının martın 6-dan 9-dək paytaxtda təşkil olunan təlim-məşq toplanışına dəvət olunan üzvləri Orxan Əliyev ilə Azad Kərimov artıq komandanın düşərgəsinə qayıdıb. Hər iki futbolçu dünəndən hazırlıq prosesində iştirak edir.
"Kəpəz"in heyətində zədəli futbolçu yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB