"Qəbələ" və "Neftçi"nin futbolçuları Gürcüstan yığmasına dəvət alıblar

"Qəbələ" və "Neftçi"nin futbolçuları Gürcüstan yığmasına dəvət alıblar

Gürcüstan millisinin Serbiya və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Vladimir Vayss bu qarşılaşmalar üçün 24 futbolçuya dəvət göndərib.

Premyer Liqamızda çıxış edən iki futbolçu da Gürcüstan millisənə dəvət alıb. Bunlar "Neftçi"nin müdafiəçisi Georgi Navalovski və "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiridir.

Qeyd edək ki, Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya, 3 gün sonra isə Latviya ilə yoldaşlıq oyununda qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə