Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir. SİA-nın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" öz meydanında "Karlsrue" ilə qarşılaşıb. Oyun "Aue"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. D.Nazarov sabiq komandasına qarşı oyunun start heyətində meydana çıxıb və sona qədər mübarizə aparıb. Oyunda yeganə qolun müəllifi də millimizin üzvü olub. O, 36-cı dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, 24 oyundan sonra hesabında 22 xal olan "Aue" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB