PFL ən yaxşı qolun müəllifini mükafatlandırıb

PFL ən yaxşı qolun müəllifini mükafatlandırıb

Futbol üzrə Azərbaycan I Divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi Kamil Nurəhmədov ("Mil-Muğan") mükafatlandırılıb. SİA-nın məlumatına görə, azarkeşlər, jurnalistlər və PFL tərəfindən keçirilən sorğuda rəqiblərini qabaqlayan futbolçuya xüsusi mükafat "Mil-Muğan" - "Zaqatala" görüşündən öncə təqdim edilib. Qalib xüsusi mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynovdan alıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqası "Mil-Muğan" - "Zaqatala" görüşünə jurnalistlərin də səfərini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə