"Qətərlə oyunda hər iki komandanın qol vurmaq şansları yarandı. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu". SİA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının üzvü Rauf Əliyev Qətərlə yoldaşlıq oyunu (1:2) haqda açıqlamasında deyib.
O, qarşılaşmada bütün gücü ilə mübarizə apardığını bildirib: "Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB