Futbol üzrə Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşündə yığmamızın ilk qolunu vurmuş Tərlan Quliyev qarşılaşmadan sonra açıqlama verib. SİA-nın məlumatına görə, o, milli komandanın heyətində ilk qolunu vurduğu üçün çox sevindiyini vurğulayıb: "Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi ki, biz də bunu bacardıq".
Xatırladaq ki, oyunda milli komandamız 1:2 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB