"Qalatasaray"ın baş məşqçisi İqor Tudor Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. İntizam Komitəsi superliqanın son turunda hakimə kəskin şəkildə etiraz etdiyi üçün tribunaya göndərilən xorvatiyalı mütəxəssisə bir oyun cəza verib. Qeyd edək ki, "Qalatasaray"ın superliqada növbəti oyunu "Gənclərbirliyi" ilə olacaq. Komandanı meydana köməkçi məşqçi Hari Vukas çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB