“Bakı-2017”də yarışacaq karate yığmamızın tam heyəti nə zaman müəyyənləşəcək? AÇIQLAMA
"İstanbulda keçirilən 30-cu beynəlxalq "Bosfor" karate turniri idmançılarımızı yoxlamaq üçün yaxşı fürsət idi. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından öncə yoxlama məqsədilə daha bir beynəlxalq turnirdə iştirak edəcəyik. Bu yarış isə Dubayda keçiriləcək "Karate-1" Premyer Liqa turniridir. Ondan sonra IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşmaq üçün Qəbələdə təlim-məşq toplanışına qatılacağıq". Bunu SİA-ya açıqlamasında karate üzrə milli komandamızın üzvü, Azərbaycanın ən titullu ikinci karateçisi Ayxan Mamayev deyib.
O qeyd edib ki, "Bosfor" turnirində 5 döyüş keçirib və hamısında qalib gəlib: "Finaldakı rəqibim dünya və Avropa çempionatında iştirak edən serbiyalı karateçi idi. Onu da 3:0 hesabı ilə məğlub etdim və qızıl medal qazandım. Yarış "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları öncəsi özümüzü sınamaq üçün əhəmiyyətli idi".
A.Mamayev bildirib ki, bu həftə keçiriləcək "Baku Open" beynəxalq turnirindən sonra IV islam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq yığma komandamızın tərkibi tam müəyyənləşəcək: "Bakı-2017"də kişilər arasında 5 çəki dərəcəsində yarışlar keçiriləcək - 60, 67, 75, 84, +84 kq. Çox güman ki, 60 kq çəki dərcəsində Firdovsi Fərzəliyev, 75 kq-da Rafael Ağayev, 84 kq-da mən döyüşəcəyəm. 67 və +84 kq çəki dərəcələrində isə kimlərin yarışacaqları isə hələ ki, tam bilinmir. "Baku Open" yarışından sonra tam heyət müəyyənləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB