AGF rəsmisi: “Məşqçilər korpusu gənc güləşçilərə inanır” AÇIQLAMA

AGF rəsmisi: “Məşqçilər korpusu gənc güləşçilərə inanır” AÇIQLAMA

"Bu gün səhər sərbəst güləş üzrə böyüklərdən ibarət milli komandamız Türkiyəyə yola düşüb. Yığmamız sabahdan İstanbulda keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnirdə mübarizə aparacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

O qeyd edib ki, Avropa çempionatı və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək heyətlərin müəyyənləşdirilməsi üçün belə yarışlar yoxlama xarakteri dayışır: "Hər iki yarışın keçirilmə vaxtı çox yaxın olduğuna görə məşqçilər fərqli heyətlərə şans verəcəklər. Ona görə, bu turnirdə əsas yığmamızında yer alan gənc idmançılara şans verilib. İki gün ərzində keçiriləcək yarışda baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərlik etdiyi milli komandamızın tərkibində 5 güləşçimiz yarışacaq. Məşqçilər korpusunun qərarına əsasən, 57 kq çəki dərcəsində Mahir Əmiraslanov, 61 kq-da Qalib Əliyev, 65 kq-da Ağahüseyn Mustafayev, 86 kq-da İbrahim Usubov və 97 kq-da Aslanbek Alborov mübarizə aparacaq. Sabah 57 və 70 kq, martın 11-də 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində idmançılar xalça üzərinə çıxacaqlar. Sözgüdən idmançılar ölkə çempionatlarında yüksək yerlər tutmuş güləşçilərdir. Məşqçilər korpusu həmin gənc güləşçilərin uğurlu çıxış edəcəklərinə inandığı üçün onları heyətə daxil edib".

Federasiya rəsmisi bildirib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində görüşlərin idarə edilməsində iştirak etmək üçün İstanbula beynəlxalq dərəcəli hakim Vüqar Şükürov da gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə