Millimiz bu gün Qətər yığması ilə qarşılaşacaq

Millimiz bu gün Qətər yığması ilə qarşılaşacaq

Bu gün milli komandamız növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığmamız yoxlama oyununda Qətərlə üz-üzə gələcək. Bu, millimizin 2017-ci ildəki ilk sınağıdır.

DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan bugünkü matçda yığmamızın formasını yalnız yerli çempionatda çıxış edənlər geyinəcək.

9 mart

20:00. Qətər - Azərbaycan
"Əl-Sadd" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə