"Barselona"dan fantastik oyun FOTOLAR

"Barselona"dan fantastik oyun FOTOLAR

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu dəfə rəqibi ilə "Nou Kamp"da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. "Barsa" ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə "Benfika" Dortmund "Borussiya"sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən "Borussiya" mübarizəni davam etdirir.

"Barselona" (İspaniya) - PSJ (Fransa) 6:1

Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)

İlk oyun - 0:4

"Borussiya" (Dortmund, Almaniya) - "Benfika" (Portuqaliya) 4:0

Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80

İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə