Mançini: "Ən böyük xəyalım Messi ilə çalışmaqdır"

Mançini: "Ən böyük xəyalım Messi ilə çalışmaqdır"

İtaliyalı məşqçi Roberto Mançini ən böyük xəyalının Messi ilə çalışmaq olduğunu açıqlayıb. Hazırda klubsuz qalan 52 yaşlı mütəxəssis "Super Deportivo"ya müsahibəsində Messinin möhtəşəm bir futbolçu olduğunu, onunla işləmək istədiyini deyib: "O, hazırda dünyanın ən yaxşısıdır. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, onun baş məşqçisi olaram". Qeyd edək ki, Mançininin son klubu Milan "İnter"i olub.

Bütün xəbərlər Facebook səhifəmizdə