“Lester” klubu Kreyq Şekspiri baş məşqçi təyin edəcək

“Lester” klubu Kreyq Şekspiri baş məşqçi təyin edəcək

"Lester" Klaudio Ranyerinin yerinə kimin gələcəyini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi italiyalı mütəxəssisin istefaya göndərilməsindən sonra komandanın müvəqqəti baş məşqçisi təyin olunan Kreyq Şekspirin fəaliyyətindən razıdı. Maraqlıdı ki, Ranyeridən öncə Naycel Pirsonun köməkçisi olmuş 53 yaşlı mütəxəssis hələ heç bir komandada baş məşqçi kimi çalışmayıb. Qeyd edək ki, "tülkülər" Şekspirin rəhbərliyi altında meydana çıxdığı 2 oyunu da qələbəylə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə