Kaka 6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Kaka 6 həftə yaşıl meydanlardan uzaq qalacaq

"Orlando Siti"nin ulduz futbolçusu Kaka bir müddət yaşıl meydanlardan uzaqda qalacaq. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, brazilyalı futbolçu zədə səbəbindən 6 həftə meydana çıxa bilməyəcək. O, "Nyu-York Siti" ilə matçın 8-ci dəqiqəsində ayağından zədələnərək meydanı tərk etməli olub.

Qeyd edək ki, 35 yaşlı hücumçu "Orlanda Siti"də meydana çıxdığı 53 matçda 18 qol vurub və 17 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə