AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb. R.Əliyev həmçinin, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Futbol Komitəsinin sədr müavinidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB