Riçard Almeyda millinin məşqində iştirak edib

Riçard Almeyda millinin məşqində iştirak edib

"Qarabağ" klubunun üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, R.Almeyda milli komandanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması məqsədilə baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

R.Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə