“Stemford Bric”in azarkeş tutumu altmış minədək yüksələcək

“Stemford Bric”in azarkeş tutumu altmış minədək yüksələcək

Londonun meri Sadik Xan rəsmən "Çelsi"nin stadionunun rekonstruksiyasına razılıq verib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, "Stemford Bric"in azarkeş tutumu 41600-dən 60000-ə yüksələcək. Arenanın yenilənməsi üçün "Çelsi" 500 milyon funt xərcləyəcək. Xərcin çox olmasının səbəblərindən biri də arenanın yerləşdiyi əraziyə yeni qatar stansiyasının çəkilməsidir. Xatırladaq ki, ən qədim stadionlardan olan "Stemford Bric"in açılışı 1877-ci ilin 26 aprelində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə