Zədəsini sağaldan Dris Mertens "Real"a qarşı meydana çıxacaq?

Zədəsini sağaldan Dris Mertens "Real"a qarşı meydana çıxacaq?

"Napoli"nin futbolçusu Dris Mertens zədəsini sağaldıb. UEFA-nın saytında yer alan xəbərə görə, o, komanda ilə ümumi məşqlərdə iştirak edib. D.Mertensin Çempionlar Liqasının 1/8 finalında "Real"la oyuna hazır olduğu bildirilib. Qeyd edək ki, "Napoli" - "Real" görüşü bu axşam keçiriləcək.

Xatırladaq ki, D.Mertens İtaliya A seriyasının 27-ci turunda "Roma" ilə oyunda zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə