“Real” İskonu 35 milyon avroya satmağa hazırdır

“Real” İskonu 35 milyon avroya satmağa hazırdır

Madrid "Real"ı yayda İsko ilə yolları ayırmağa hazırdı. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" 25 yaşlı yarımmüdafiəçinin transfer qiymətini açıqlayıb. "Qalaktikos" İskonu 35 milyon avro qarşılığında satmağa hazır olduğunu bildirib.

İskonun "Real"la hazırkı müqaviləsinin müddəti 2018-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni sözləşmə barədə danışıqlar isə müsbət nəticələnməyib. "Real" sözügedən futbolçunu havayı buraxmaq fikrində deyil. Buna görə də, madridlilər İskonu mövsümün sonunda satmağa qərar veriblər. Qeyd edək ki, İskonun xidmətində "Barselona" və "Yuventus" klubları maraqlıdı.

Bütün xəbərlər Facebook səhifəmizdə