Millimiz BƏƏ yığmasını məğlub edib

Millimiz BƏƏ yığmasını məğlub edib

Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, bu komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə